Bankoff-da kart xidmətlərinin göstərilməsi avtomatlaşdırılmışdı və nəticə etibarı ilə biz istifadəçilər qeydiyyatdan keçərkən onların hansı regiodan olmasını yoxlamadan xidmətləri avtomatik təqdim edirdik. Bu səbəbdən hər hansı regiona spesefik limitlərimiz mövcud deyildi.
"Fins.az"xəbər verir ki, bunu Bankoff-un rəhbəri Elmir Əliyev Bankoff virtual kartlarına “Visa” və “Stripe” ödəniş sistemlərinin xidməti dayandırması ilə bağlı açıqlama verərək deyib.
O bildirib ki, Bankoff Company ABŞ-da qeydiyyatdan keçmiş və oradan fəliyyət göstərən şirkətdir. Müştərilərinin sadəcə 0,4%-i Azərbaycandandır.
Elmir Əliyev xidmətlərin bərpası ilə bağlı açıqlama verətək "Biz hazırda servis provayderləri ilə danışıqlar aparırıq və servislərimizi bərpa etmək üçün əlimizdən gələni edirik,"-deyə fikirlərini yekunlaşdırıb.
Müəllif:Aynur Qəniyeva