2022-ci il aprelin 29-u tarixində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 85,8 milyon dollar təşkil edir.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə,2022-ci ilin yanvar-aprel aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 0,1% artıb. Apreldə AMB-nin valyuta ehtiyatları 0,7% və ya 50,7 milyon dolladək azalıb.