"Bank of Baku"-nun İctimaiyyətlə Əlaqələr və reklam departamentinin keçmiş rəhbəri yeni vəzifəyə təyin olunub.
"Fins.az" xəbər verir ki, bu barədə məlumatı Gülşən Cumayeva sosial şəbəkə hesabında yayımlayıb.
Məlumata görə, o "Code Academy"-nin Marketinq və Kommunikasiyalar departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, etibarlı Gələcək Gənclər QHT/Azərbaycan QHT Uşaq Hüquqları Alyansında əmək fəliyyətinə başlayan Gülşən Cumayeva Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin direktoru, British Council Azerbaijan-da layihə rəhbəri,FİNCA Azerbaijan-da PR Kardinator, "Rabitəbank"-da İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzizfəsində işləyib.
Ən son "Bank of Baku"nun İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru vəzifəsində çalışan Gülşən Cumayeva 26 yanvar 2022-ci il tarixində həmin vəzifədən ayrılmışdı.
Müəllif: Aynur Qəniyeva