BANK

28 Aprel

Yaponiyanın mərkəzi bankı pul siyasəti ilə bağlı qərar verdi

Yaponiya Bankı (BOJ) bugünkü iclasında pul siyasətini dəyişməyib.
"Fins.az"xəbər verir ki, BOJ valyutası yenin son ucuzlaşmasına və inflyasiyanın artmasına baxmayaraq, sərbəst pul siyasətini dəyişməyib.

BOJ 10 illik istiqrazlar üzrə gəlirliliyi 0 faiz civarında saxlayarkən siyasət faizini -0,10 faiz səviyyəsində saxlayıb və limitsiz aktiv alışını davam etdirmək öhdəliyini təkrarlayıb. Qərar 1 əleyhinə 8 səslə qəbul edilib.

Açıqlamada qısa və uzunmüddətli faiz dərəcələrinin indiki və ya daha aşağı səviyyədə qalacağı, qiymət görünüşünə dair risklərin bir müddət yüksəlməyə davam edəcəyi və sonra tarazlaşdırılacağı ifadə edilib/

Bank inflyasiya proqnozlarına da yenidən baxıb. Baza inflyasiya proqnozu 1,1 faizdən 1,9 faizə qaldırılıb. 2023 və 2024-cü maliyyə illəri üçün inflyasiya gözləntiləri 1,1 faiz təşkil edib.

Müəllif: Aynur Qəniyeva