Dövlət bankı “Azər Türk Bank”ın 01 aprel 2022-ci il tarixinə xalis mənfəəti 294 min manat və ya 43.4% azalaraq 226 min manat təşkil edib.
“Fins.az”xəbər verir ki, bu barədə bankın 2022-ci ilin birinci rübünə dair maliyyə hesbatında məlumat verilir.
Məlumata görə, 2022-ci ilin ilk rübündə bankın qeyri-faiz xərcləri 2021-ci ilin analoji dövrü ilə müqaisədə 2 milyon 738 min manat və ya 55.3% artaraq 7 milyon 675 min manat təşkil edib.Hesabat dövründə “Azər Türk Bank”ın xalis faiz gəliri 926 min manat və ya 26.2% artaraq 4 milyon 467min manat təşkil edib.
Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditləri artıb
Sözügedən dövr ərzində “Azər Türk Bank”ın beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditləri illik müqaisədə 41.1% artaraq 115 milyon 155 min manat təşkil edib.Bankın kapitalı ötən ilin analoji dövrünə nisbətən 2.08% artaraq 57milyon 526 min manat olub.
Öhdəlikləri artıb
“Azər Türk Bank”ın öhtəlikləri 2021-ci ilin eyni dövrü ilə müqaisədə 32.8 % artaraq 439milyon 272 min manat olub. “Azər Türk Bank”ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 2022-ci ilin 1-ci rübü ərzində 2021-ci ilin eyni dövrü ilə müqaisədə 21,9% azalaraq 82 milyon 201 min manat təşkil edib.
Biznes kreditləri azalıb
Bankın kredit portfeli illik müqaisədə 4.9% artaraq 245 milyon 098 min manat olub. “Azər Türk Bank”ın 2022-ci ilin ilk 3 ayı ərzində verdiyi istehlak kreditləri 7.7% artaraq 8 milyon 716 min manat təşkil edib. Hesabat dövründə istehlak kreditlərinin artımının əksinə biznes kreditləri 2 milyon 303 min manat və ya 5.2% azalaraq 43 milyon 636 min manat təşkil edib. 2022-ci ilin aprelin 1-nə olan maliyyə vəziyyətinə görə bankın faiz gəlirləri 34.5% artaraq 6 milyon 591 min manat təşkil edib.
Nağd vəsaitləri 15%dən çox azalıb
Cari ilin 1-ci rübündə “Azər Türk Bank”ın nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda) 2021-ci ilin müvafiq dövrünə nisbətdə 15,01% azalaraq 27 milyon 416 min təşkil edib.
Aktivləri artıb
2022-ci ilin ilk 3 ayında “Azər Türk Bank”ın cəmi aktivləri 2021-ci ilin müvafiq dövrü ilə müqaisədə 32.8 % artaraq 439 milyon 272 manat təşkil edib. Hesabat dövründə bankın depozit portfeli 24,6% artaraq 199 milyon 427 min manat təşkil edib.
Borc qiymətli kağızları yaranıb
2022-ci ilin ilk 3 ayı ərzində “Azər Türk Bank”ın öhdəlikləri 8.9% artaraq 381 milyon 746 min manat təşkil edib. 2021-ci ilin 1-ci rübündə “Azər Türk Bank”ın Borc qiymətli kağızları olmadığı halda 2022-ci ilin ilk 3 ayı ərzində 3 milyon 677 min manat həcmində borc qiymətli kağızları yaranıb.
Müəllif:Aynur Qəniyeva