BANK

21 Aprel

JPMorgan rəhbərliyi: Qiymət sabitliyi itirilib

JPMorgan Chase-in Aktivlərin İdarə Edilməsi şöbəsinin rəhbəri Meri Erdoes bildirib ki, bu dövrdə Ukraynadakı müharibə səbəbindən qiymət sabitliyini təmin edən bütün amillər ortadan qalxıb.
"Fins.az " xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində qiymət sabitliyini təmin edən bütün amillər aradan qalxıb.

Erdoes, "Ümumiyyətlə, əmtəələrdə ciddi sarsıntılar yaşanmayınca, geosiyasi problemlərin bazarlara uzunmüddətli təsiri olmayacaq. Ancaq bu dəfə belə bir problemlə üzləşdik" -deyə qeyd edib.

Erdoes, bu vəziyyətin nə dərəcədə təsir edəcəyini müəyyənləşdirməyin çətin olduğunu və əvvəlki geosiyasi problemlərdən daha uzun müddətli ola biləcəyini bildirib.

FED-lə bağlı gözləntilərini də bölüşən ekspert, pul siyasətinin bir qədər də müharibədən asılı olaraq formalaşacağını ifadə edərək, “Faizlərin nə qədər yüksələcəyini heç kim bilmir, amma biz bilirik ki, külli miqdarda pul var. iqtisadiyyata vurulur”,-deyə əlavə edib.