“Rabitəbank” ASC 2022-ci ilin 1-ci rübündə 5 milyon 73 min manat xalis mənfəət əldə edib ki, bu da 2021-i ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 45,2% artımın göstəricisidir.
"Fins.az"xəbər verir ki, bu barədə Rabitəbank” ASC-nin 2022-ci ilin 1-ci rübünə dair maliyyə hesabatında məlumat verilib.
Məlumata görə,cari ilin ilk 3 ayında bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqaisədə 3.7% artaraq 15 milyon 455 min manat təşkil edib.

