“Azərbaycan Sənaye Bankı” ASC 2022-ci ilin 1-ci rübündə cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 0,2% azalaraq 810 milyon 568,57 min manat təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə “Azərbaycan Sənaye Bankı” ASC-nin 2022-ci ilin 1-ci rübünə dair yayımladığı hesabatda bildirilir.
Hesabat dövründə bankın depozit portfeli 2021-ci ilin müvafiq dövrü ilə müqaisədə 1.2% azalaraq 507 milyon 932,96 min manat olub.


