“Bank of Baku” –nun 2022-ci ilin 1-ci rübündə xalis mənfəəti 40.4% arataq 9 milyon 883,23min manata çatıb. Bankın xalis faiz gəlirləri ötən ilin 1-ci rübünə nisbətən 50.1% arataraq 16 milyon 803,30 min manat olub.
"Fins.az" xəbər verir ki, bu barədə “Bank of Baku” –nun 2022-ci ilin 1-ci rübünə dair maliyyə hesabatında məlumat verilib.
2022-ci ilin ilk rübündə “Bank of Baku” –nun faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 49.4% artaraq 21 milyon 031,85 min manat təşkil edib.
Kredit portfeli 52%-dən çox artıb
Bankın bu ilin aprelin 1-nə olan vəziyyətinə görə müştərilərə verilən kreditlər 2021-ci ilin 1-ci rübünə nisbətən 52,7% artaraq 20 milyon 560,20 min manat təşkil edib.
Aktivləri artıb
Bankın aktivləri cari ilin ilk rübündə ötən ilin müvafiq dövrünə nisbətən 5.4% artaraq 524 milyon 674,84 min manata çatıb. Sözügedən dövrdə “Bank of Baku” –nun öhdəlikləri 4.3% artaraq 420 milyon 412,73 min manat təşkil edib.
Hüquqi şəxslərin depozitləri 6%-dən çox artıb
2022-ci ilin ilk 3 ayı ərzində “Bank of Baku” –nun depozit portfeli ötən ilin ilk 3 ayı ilə müqaisədə 0.8% artaraq 249 milyon 279,54 manat təşkil edib. Bankda hesabat dövrü ərzində fiziki şəxslərin depozitləri ötən ilin müvafiq dövrünə nisbətən 0.7% azalaraq 219 milyon 514,48 min manat olub. Eyni zamanda “Bank of Baku”-da hüquqi şəxslərin depozitləri 2021-ci ilin aprel ayının 1-nə qədər olan müddət üçün qeyd olunanan göstəricilərə nisbətən 6.6% artaraq 29 milyon 765,06 min manat olub.
Bankın kapitalı 10%-dən çox artıb
2022-ci ilin 1-ci rübündə bankın kapitalı ötən ilin müvafiq dövrü ilə müqaisədə 10.6% artaraq 104 milyon 262,11 min manat təşkil edib.Hesabat dövründə “Bank of Baku” –nun cəmi öhtəlikləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 5.4% artaraq 524 milyon 674,84 min manat olub.
Müəllif: Aynur Qəniyeva