BANK

19 Aprel

Azərbaycan Mərkəzi Bankından manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

Hazırda manatın məzənnəsinin valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində formlaşması inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.

"Fins.az" xəbər verir ki, bu fikirlər  Mərkəzi Bankın "Twitter" səhifəsində yayımlanıb

Qeyd olunub ki, əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında ÜDM-ə nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amildir.

Bildilib ki, Azərbaycanın əsas ixrac məhsullarının bahalaşması tədiyə balansının profisitini artırır ki, bu da qiymətlər sabitliyinin əsas lövbəri kimi milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir, nəticədə qiymətlərə azaldıcı təsir edir.