Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ","Zuhur" MMC və “Bakı Mərkəzi Valyuta” MMC-yə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə “Zuhur” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, mənzil 101, Faktiki fəaliyyət göstərdiyio ünvan isə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov küçəsi, ev 6c-dir.
“Bakı Mərkəzi Valyuta” MMC-nin isə hüquai ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A, mənzil 170 faktiki fəaliyyət göstərdiyi ünvan isə Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 31, mənzil 11; 13-dür.
Bununla da, ölkədə bu növ lisenziyası olan şirkətlərin sayı 4-ə çatıb
Müəllif: Aynur Qəniyeva