BANK

19 Aprel

"Kapital Bank" 2022-ci ilin 1-ci rübünün maliyyə hesabatını açıqladı

"Kapital Bank"-ın mənfəəti  1 aprel 2022-ci il tarixinə 50 milyon 405 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 9,2% və ya 5 milyon 130 min manat azalmanın göstəricisidir.

Faiz gəlirlər artıb 

Hesabat dövründə bankın faiz gəlirləri 28 milyon 186 min manat və 25.2% artaraq 139 milyon 950 min manat təşkil edib. Faiz xərcləri 25,5% artaraq 19 milyon 137min manat təşkil edib. 

"Kapital Bank"-ın aktivləri 2021-ci ilin 1-ci rübünə nisbətən 24,09% artaraq  6 milyard  934, 685 milyon manat təşkil edib. Bankın öhtəlikləri  2022-ci lin aprelin 1-i vəziyyətinə 30.09% artaraq  6 milyard 387,081 milyon manata çatıb.

"Kapital Bank"-ın cəmi öhtəlikləri ötən ilin müvafiq dövrü ilə müqaisədə  24.09% artaraq 6 milyard 934,685 milyon manat təşkil edib. 

Depozit portfeli artıb 

Ötən ilin 1-ci rübü ilə müqaisədə bankın depozit portfeli hesabat dövründə 34.7% və ya 1 milyard 411,017 milyon manat  artaraq 5 milyard  476, 770 milyon manat təşkil edib. "Kapital Bank"da fiziki şəxslərin depozitləri 58.4% artaraq 1 milyard 655,331milyon manat təşkil edib. Hüquqi şəxslərin depozitlərinin həcmi isə 26.4%artaraq 3 milyard 821,439milyon manat təşkil edib. 

 2022-ci ilin 1-ci rübünün maliyyə nəticələrinə görə, "Kapital Bank"-ın kapitalı 23.8% azalaraq 547 milyon 604 min manat olub. 

Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri azalıb 

Hesabat dövründə bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri  2021-ci ilin müvafiq dövrü ilə müqaisədə 33.3% azalaraq 1milyon  620 min manat təşkil edib. 

2022-ci ilin aprelin 1-i vəziyyətinə "Kapital Bank"-ın  dövrün sonuna pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri illik müqaidədə 2.2% artaraq 2 milyard  067,150 milyon manata çatıb. 

Müəllif: Aynur Qəniyeva