BANK

12 Aprel

Yaponiya Sberbank, Alfa-Bank və 398 Rusiya vətəndaşına qarşı sanksiyaları təsdiqləyib

Yaponiya Xarici İşlər Nazirliyi daha əvvəl elan edilmiş sanksiyaları təsdiqləyib.

"Fins.az"xəbər verir ki, Tokio mayın 12-dən etibarən Sberbank və Alfa-Bankın aktivlərini dondurur, həmçinin 398 fiziki və 28 hüquqi şəxsə qarşı məhdudiyyətlər qoyur.

Sanksiyalara Dövlət Dumasının deputatları və hərbi qulluqçular, o cümlədən Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Evmenov və Quru Qoşunlarının baş komandanı Oleq Salyukov daxildir. Məhdudiyyətlər prezident Vladimir Putinin qızları adlandırılan Mariya Vorontsova və Yekaterina Tixonova, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızı Mariya Lavrova və Yekaterina Vinokurovaya şamil edilir.