Rusiyada kapital çıxışı ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 266 faiz artaraq, 64,2 milyard dollara çatıb.
“Fins.az" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin birinci rübündə ölkədən kapital çıxışı 17,5 milyard dollar olub, bu ilin birinci rübündə isə bu rəqəm 64,2 milyard dollara yüksəlib.
Açıqlamada Rusiyanın xarici ticarət müsbət saldosunun sözügedən dövrdə 25,8 milyard dollardan 66,3 milyard dollara yüksəldiyi vurğulanıb.
Qeyd edək ki, sanksiyalara görə onlarla xarici şirkət və investor Rusiyadan çıxmaq və ya fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.
Məlumat üçün bildirək ki, 2021-ci ildə Rusiyada kapital çıxışı əvvəlki illə müqayisədə 42 faiz artaraq, 72 milyard dollara çatmışdı.