BANK

11 Aprel

Elektron qaydada qeydiyyatdan keçən kommersiya qurumlarının sayı açıqlanıb

2022-ci il aprelin 1-nə  kommersiya qurumlarının 82,2%-i elektron qaydada qeydiyyatdan keçib.

"Fins.az" xəbər verir ki, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1% təşkil edib.

2022-ci ilin birinci rübündə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 433 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 14%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16,2% təşkil edib.