BANK

11 Aprel

Azərbaycanda vergi ödəyicilərinin sayı 10%-ə yaxın artıb

2022-ci il aprelin 1-nə respublika üzrə uçotda olan 1.360.747 vergi ödəyicisinin 87,9%-i fiziki şəxslər, 12,1%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

"Fins.az"xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,7%, o cümlədən fiziki şəxslərin sayı 9,9%, hüquqi şəxslərin sayı 7,8% artıb.

Yanvar-mart ayları ərzində 3.098 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,1% çoxdur. Kommersiya qurumlarının 82,2%-i elektron qaydada, 17,8%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. 530 kommersiya qurumunun (ümumi qeydiyyatın 17,1%-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.