BANK

11 Aprel

"Bank Melli İran" Bakı filialının xalis mənfəəti 2 dəfədən çox  AZALIB

"Bank Melli İran" Bakı filialı 2022-ci ilin ilk rübünü 268 min 800 manat xalis mənfəət ilə başa vurub ki, bu da 2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2,3 dəfə azalmanın göstəricisidir. 

"Fins.az"bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə "Bank Melli İran" Bakı filialının cəmi gəlirləri 984 min 577 manat, cəmi xərcləri 715 milyon 777 manat və nəticədə xalis mənfəəti 268 min 800 manat təşkil edib.

Məlumat görə bankın cəmi aktivləri 89,49 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə  3,1% artıb. 

2022-ci ilin ilk rübündə "Bank Melli İran" Bakı filialının  faiz gəlirləri 913 min 64 manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 129 min 277 manat azdır.