BANK

08 Aprel

Rusiya Mərkəzi Bankından fövqəladə faiz qərarı

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 300 baza bəndi azaldaraq 17%-ə endirib.

"Fins.az" xəbər verir ki, fövqəladə faiz endirimi qərarı Rusiya Mərkəzi Bankından gəlib.

Bank siyasət faizini 300 baza bəndi azaldaraq 17 faizə endirib.Bank qarşıdakı görüşlərdə əlavə faiz endirimlərinin mümkünlüyünə diqqəti cəlb edib.Ukraynanın işğalından sonra bank şok faiz artımı ilə siyasət faizini 9,50 faizdən 20 faizə qaldırıb..

Beləliklə, ölkədə siyasət faizi son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

Rusiya Mərkəzi Bankının planlaşdırılan iclasından bir neçə saat əvvəl Rusiya prezidenti Vladimir Putin hazırkı prezident Nabiullinanın namizədliyini yenidən irəli sürüb.Rusiyanın Ukraynaya qarşı əməliyyatından sonra Rusiya bir çox iqtisadi sanksiyalarla, xüsusilə ehtiyatlardan istifadənin məhdudlaşdırılması ilə üzləşib, Rusiya Mərkəzi Bankı isə valyuta nəzarəti də daxil olmaqla bir çox tədbirləri açıqlayıb.