BANK

08 Aprel

Mərkəzi Bank rəsmi valyuta məzənnələrini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

"Fins.az" xəbər verir ki,  2022-ci ilin aprelin 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 1.8457 manata enib, 1 türk lirəsinin məzənnəsi dəyişməyərək 0.1153 manat təşkil edib, 1 Rusiya rublunun məzənnəsi isə 0.0214 manata qədər bahalaşıb.