Yüksək inflyasiya ilə mübarizə aparan Peruda mərkəzi bank siyasət faizini son 13 ilin ən yüksək səviyyəsinə qaldırıb.
"Fins.az"xəbər verir ki,Peru küçələrində inflyasiya etirazlarının davam etməsi fonunda Peru Mərkəzi Bankı faiz dərəcələrini artırmaq qərarına gəlib.
Məlumata görə, Bank siyasət faizini 50 baza bəndi artıraraq 4,50 faizə çatdırıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların da gözləntiləri də eyniylə faiz dərəcəsinin artırılması idi.
Qeyd edək ki,Mart ayında inflyasiya 6,8 faiz artaraq 1998-ci ildən bəri ən sürətli artımdır. Yüksək inflyasiya da küçə etirazlarına səbəb olub.
Peruda son günlər artan inflyasiyaya qarşı etirazların qarşısını almaq üçün paytaxt Limada komendant saatı elan edilib.
Prezident Castillo, Perululara son 24 ildə ən yüksək inflyasiya ilə mübarizə aparmağa kömək etmək üçün yanacaq vergilərini aşağı salmasına və minimum əmək haqqını 10 faiz artırmasına baxmayaraq, bu tədbirlərin nəticə vermədiyi, bir çoxunun sabit əmək haqqı olmadan qeyri-rəsmi işlərdə olduğu deyilirdi.