Rusiya Maliyyə Nazirliyi xarici bankların 649,2 milyon dollarlıq avrobondları ödəməkdən imtina etdiyini açıqlayıb.
"Fins.az" xəbər verir ki,Rusiya Maliyyə Nazirliyi xarici bankların 649,2 milyon dollar avrobond kupon ödənişlərini emal etməkdən imtina etdiyini və ödənişlərin rublla göndərildiyini bildirib.
Nazirlik qeyd edib ki, bu ay və 2042-ci ilin aprelində ödəniləcək avrobondlar üzrə dollarla ödənişlərdən imtina ilə Rusiyanın yerli maliyyə qurumları ilə ödənişlər etmək imkanı yaranıb.
Nazirlik ödənişin milli klirinq bankına rublla edildiyini bildirib.Rusiya Maliyyə Nazirliyi bununla da ödənişlərin tam şəkildə həyata keçirildiyini bəyan edib.
ABŞ Maliyyə Nazirliyi yeni qərarla Rusiya hökumətinin ABŞ maliyyə qurumlarına dollarla ödəniş etməsinə icazə verməyəcəyini açıqlayıb.
Qərar aprelin 4-dən qüvvəyə minib. Bloomberg xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin sözçüsü bu addımın Rusiyanın ehtiyatlardan istifadəsini neytrallaşdırmaq və defolt etmək məqsədi daşıdığını bildirib.