Financial Times-ın məlumatına görə, Avropa İttifaqı sanksiyalar siyahısına yeni adların əlavə edilməsini müzakirə edəcək.
"Fins.az"xəbər verir ki, sözügedən adlar arasında Sberbank-ın baş direktoru və Putinin biznes ortağı da var.
Bildirilir ki, Financial Times qəzetinin xəbərinə görə, sənəd layihəsi əsasında Avropa İttifaqının Rusiya Alüminium sənayesində fəaliyyət göstərən Oleq Deripaska, Sberbank-ın baş direktoru Herman Qref və Vladimir Putinin iş ortağı Boris Rotenberqin sanksiya siyahısına salınmasını müzakirə edəcək.
Rusiyanın “Ozon” elektron ticarət platformasının rəhbəri Aleksandr Şulqin və Rusiyanın ən böyük qızıl hasilatı şirkəti “Polyus”a nəzarət edən Səid Kərimovun da siyahıya daxil ediləcəyi bildirilir.ABŞ və Aİ-nin bu həftə yeni sanksiyalar paketini açıqlaması gözlənilirdi.