BANK

06 Aprel

Mərkəzi Bankların bankından inflyasiya xəbərdarlığı

Beynəlxalq Hesablaşmalar Bankının (BIS) baş meneceri Agustin Carstens, dünyanın inflyasiya mühitlərində köklü dəyişikliklər ehtimalına azır olmasının vacib olduğunu qeyd edərək, yüksək faiz və yüksək inflyasiya dövrünün başlamasına diqqəti cəlb edib. 
"Fins.az" xəbər verir ki,Beynəlxalq Hesablaşmalar Bankının fikrincə, dünya yüksək faiz dərəcələri və yüksək inflyasiya dövrünə qədəm qoyacaq, belə ki, Qərb, Rusiya və Çin arasında münasibətlər pisləşəcək və pandemiyadan sonrakı təsirlər qloballaşmanın qarşısını alacaq.

Qlobal enerji və ərzaq qiymətlərinin artması inkişaf etmiş ölkələrin 60 %-ində illik 5%, inkişaf etməkdə olan ölkələrin yarısından çoxunda isə 7%-dən çox inflyasiyanın olması deməkdir.

Görünür, əsas paradiqma dəyişikliyinin baş tutması üçün qəfil sürətlənmə lazımdır, çünki az inkişaf etmiş ölkələr, eləcə də ABŞ və Böyük Britaniya kimi böyük iqtisadiyyatlar faiz dərəcələrini tarixən aşağı səviyyələrdən qaldırmağa başlayırlar.