BANK

06 Aprel

AİB: Neftin qiymətinin yüksək olması manatın məzənnəsinin sabitliyini təmin edəcək

Asiya İnkişaf Bankı (AİB) 2022-ci ilin birinci yarısında Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasəti daha da sərtləşdirəcəyini proqnozlaşdırır.

“İnflyasiya təzyiqinin güclənməsi fonunda Azərbaycan Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin 2022-ci ilin ortalarınadək dəyişdirilməyəcəyi və yaxud qaldırılacağı gözlənilir, inflyasiya 2-6% hədəf aralığında qərarlaşdığı təqdirdə monetar siyasət yumşaldıla bilər”, - deyə bu gün AİB-in saytında dərc olunmuş “Asian Development Outlook 2022” icmalında qeyd edilir.

AİB-in qiymətləndirmələrinə görə, neftin qiymətinin yüksək olması Azərbaycanın milli valyutasının məzənnəsinin sabitliyini təmin edəcək.

Bununla belə, AİB-də hesab edirlər ki, AMB notların buraxılması vasitəsilə yerli valyutada likvidliyin sterilləşdirilməsi siyasətini davam etdirəcək, tədavüldə olan xarici valyutanın məbləğini nəzarət altında saxlayacaq