BANK

06 Aprel

"Sberbank, Alfa-Bank və Vladimir Putinin iki qızına sanksiyalar tətbiq ediləcək"

ABŞ-ın çərşənbə günü elan edəcəyi gözlənilən yeni sanksiyaları Rusiyanın "Alfa Bankı"na təsir edəcək.

"Fins.az" xəbər verir ki, Wall Street Journal (WSJ) yazır.

Məlumata görə, Sberbank, Alfa-Bank və “Vladimir Putinin iki qızı” sanksiyalara məruz qalacaq.

Bundan əvvəl Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, aprelin 6-da yeni sanksiyalar elan olunacaq, onlar hökumət üzvlərinə, maliyyə qurumlarına və müəssisələrə təsir edəcək, Rusiyaya yeni investisiyaların qoyulmasına qadağa qoyulacaq.