BANK

05 Aprel

 Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

6 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət qeydiyyat №-si

50301696S

Hərraca çıxarılan həcm

30,000,000 manat

Notun nominal dəyəri

100 manat

Notların tədavül müddəti

168 gün

Ödəmə tarixi

21.09.2022

 

Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır və verilmiş sifarişlərin nominal məbləği hərraca çıxarılmış notların həcmindən artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir. Təqdim olunan sifarişlər üzrə qiymət diapozonu  məhdudiyyəti tətbiq olunmur.

Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.