BANK

05 Aprel

BankID və BankMARKET sistemləri vasitəsilə YENİ İMKANLAR

Kiçik və orta biznes üçün BankID ilə yeni imkanlar!
"Fins.az"xəbər verir ki, artıq BankID və BankMARKET sistemləri vasitəsilə biznes kreditləri, bank qarantiyaları və akkreditivləri məsafədən rahatlıqla əldə edə bilərsiniz.
 
Məlumata görə,Azərbaycan Respublikası Mərkəzi Bankının tərəfindən elektron maliyyə-bank xidmətlərinin genişləndirilməsi və bu xidmətlərin mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün daha əlçatan edilməsi Mərkəzi Bankın əsas hədəflərindəndir.
Bu sahədə aparılan işlər çərçivəsində, Mərkəzi Bank tərəfindən Rəqəmsal İdentifikasiya Sisteminin BankID və BankMARKET sistemlərində biznes kreditləri, bank qarantiyaları və akkreditivlərin məsafədən əldə edilməsi funksionallıq real istismara verilib.