BANK

05 Aprel

ABŞ Xəzinədarlığından Rusiyaya dollar qadağası

ABŞ Xəzinədarlığı Rusiya hökumətinə ABŞ maliyyə institutlarına dollarla ödənişlər etməyə icazə verməyəcək.

"Fins.az"xəbər verir ki,qərar aprelin 4-dən qüvvəyə minib.
Məlumata görə, ABŞ administrasiyası istiqraz ödənişləri üçün alternativ maliyyə mənbələri tapmaq üçün Moskvaya təzyiq göstərmək məqsədilə Rusiya hökumətinin ABŞ banklarına etdiyi dollarla ödənişləri dayandırmaq qərarına gəlib.

Bloomberg xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin sözçüsü bu addımın Rusiyanın ehtiyatlardan istifadəsini neytrallaşdırmaq və defolt etmək məqsədi daşıdığını bildirib.

Defoltla bağlı əvvəlki xəbərdarlıqlara baxmayaraq, Rusiya hökuməti indiyədək beynəlxalq investorlar qarşısında öhdəliklərinin heç birini qaçırmayıb.

Ölkə 2035-ci ilə qədər olan avrobondun 102 milyon dollarlıq kupon ödənişini də həyata keçirib.