“2021-2023-cü illər üçün Rəqəmsal Ödənişlər Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərdən biri də “öz müştərini tanı” siyasətinin effektiv təmin edilməsi məqsədilə “E-KYC sistemi”nin yaradılmasıdır.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) "Fins.az"-a verilən məlumatda bildirilir ki, bu tədbirin icrası çərçivəsində “E-KYC sistemi”nin müzakirəsi məqsədilə 1 aprel 2022- ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri ilə birgə onlayn görüş keçirilmişdir.
Görüş zamanı Mərkəzi Bank nümayəndələri tərəfindən “E-KYC sistemi”-nin ilkin konsepsiyası barədə təqdimat edilmiş və suallar cavablandırılmışdır.