BANK

04 Aprel

Türkiyədə inflyasiya 60%-dən artıq olub

Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.

"Fins.az"xəbər verir ki, illik inflyasiya 20 ilin pik həddini təzələyərək 61,14 faizə çatıb.

Mart ayında ən yüksək artım yanacaq məhsullarında baş verən bahalaşma səbəbindən daşımalarda olub. Daşınmadan sonra ən yüksək inflyasiyaya malik əsas qrup ərzaq olub. İstehsalçı qiymətlərində üçrəqəmli illik inflyasiya mart ayında da davam edib. İstehsalçı-istehlakçı inflyasiyası arasındakı fərq mart ayında da rekord qırdı.
Yüksək enerji və ərzaq xərclərinə görə inflyasiya daha bir həddi keçib. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, mart ayında illik istehlak inflyasiyası 61,14% təşkil edib. 

Məlumata görə, aylıq artım 5,46% olub.Baza inflyasiyası mart ayında da artmağa davam edib. Buna görə baza inflyasiya 48,39% olaraq qeyd edilib.