BANK

04 Aprel

Blinken: Rublun bərpası davamlı deyil

ABŞ dövlət katibi Antoni Blinken də Rusiyanın Ukraynaya müdaxiləsini dəyərləndirərkən iqtisadiyyata toxunub.

"Fins.az"xəbər verir ki, Blinken bəyan edib ki, Rusiya rublunda canlanma dayanıqlı deyil.
Məlumata görə,ABŞ dövlət katibi Antoni Blinken Rusiya rublunun bahalaşması altında çoxlu manipulyasiyaların olduğunu və bu canlanmanın davamlı olmadığını bildirib.

Amerikanın NBC televiziyasına müsahibə verən Blinken Rusiya-Ukrayna müharibəsində baş verənləri dəyərləndirərkən iqtisadiyyata da toxunub.

Blinken Rusiyada rubl satışının əngəlləndiyini və bunun da rublun dəyərini süni şəkildə artırdığını bildirib. Blinken bu vəziyyətin davamlı olmadığını və tezliklə dəyişiklik olacağını bildirib.

Blinken Rusiyanın Ukraynaya qarşı müharibəsinin Rusiya prezidenti Vladimir Putin üçün “strateji məğlubiyyət” olduğuna inandığını qeyd edib.