Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu” ölkədə korporativ kartlarla əlaqədar məsələləri müzakirə edib.
Assosiasiyadan "Fins.az"-a verilən məlumata görə, görüşdə bankların rəhbər şəxslərindən ibarət olan üzvləri, həmçinin “Ödəniş sistemləri və rəqamsal bankçılıq” Ekspert Qrupunun üzvləri də iştirak ediblər.
Tərəflər sahə üzrə bəzi qanunvericilik aktlarına dəyişikliklərlə bağlı təkliflərin hazırlanaraq ABA-ya təqdim edilməsi barədə qərar qəbul ediblər.