BANK

01 Aprel

Avrozonada martda inflyasiya rekorda çatıb

Avro zonasında inflyasiya mart ayında bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

"Fins.az" xəbər verir ki, martda inflyasiya illik 5,9 %-dən 7,5 faizə yüksəlib. Gözlənti 6,7 faiz idi. CPI aylıq bazada 2,5 %-ə 1,8 faizlik təxminləri üstələyib.

Baza inflyasiyası da 2,7%-dən 3 %-ə yüksəlib. İnflyasiyanın yüksəlməsi Avropa Mərkəzi Bankının faiz artımı gözləntilərinin gecikməsinə səbəb olur.

Avropa Mərkəzi bankının bu ay keçirilən iclasında aktiv alışı proqramının daha sürətli daralacağını açıqlayıb. Bankın ilin sonuna kimi faiz dərəcələrini bir və ya iki dəfə artıraraq uzun müddətdir davam edən mənfi faiz siyasətinə son qoyacağı gözlənilir.