BANK

01 Aprel

Morgan Stanley Çinin artım proqnozunu aşağı salır

Morgan Stanley, Covid-19 -a yoluxmanın artması səbəbindən qpanmanı bərpa edən Çin üçün bu il artım proqnozunu yenidən nəzərdən keçirsə də, Citigroup ölkədəki risklər barədə xəbərdarlıq edib.
"Fins.az"xəbər verir ki, Morgan Stanley iqtisadçıları Çin üçün 2022-ci il üçün artım proqnozunu 5,1%-dən 4,6 %-ə endiriblər. Qeyddə ölkənin Kovid-19 ilə mübarizədəki sıfır tolerantlıq siyasətinin qarşıdakı aylarda da davam edə biləcəyi bildirilib.

Morgan Stanley qeyd edib ki, üçüncü doza peyvənd nisbətləri aşağıdır, buna görə səlahiyyətlilər bütün il ərzində sıfır Kovid siyasətinə əməl edə bilərlər.

Baza ssenarilərinə görə, iqtisadiyyatda ən böyük sürətlənmənin son rübdə olacağı ifadə edilib. Ən pis ssenaridə, Çinin bu siyasətdən çıxmasının 2023-cü ilin ilk yarısında olacağı, bunun da tədarük zəncirində daha çox problem və təxminən 4% artım olacağı qeyd edilib.

Citigroup iqtisadçıları ilin ikinci rübündə ümumi daxili məhsulun artımının ikinci rübdə 0,9 %-ə qədər yüksələ biləcəyi ilə bağlı proqnozlarını da açıqlamışdılar.