BANK

31 Mart

Putin: Rusiyadan təbii qaz alanlar Rusyadakı banklarda hesab açmalıdır

Rusiya qazının alışı zamanı ödəniş şərtləri açıqlanan fərman imzalayan Rusiya Prezidenti Putin bildirib ki ,qazın dəyəri rubl ilə ödənilmirsə Rusiya qaz müqavilələrini dayandırılacaq.

"Fins.az" xəbər verir ki, Putin, Rusiyanın təbii qaz ixracatında rubl ilə ödəniş sisteminə keçməsi yönündə  addımladığını bildirib.

Prezident Putin  "Bu gün Rusiya qazının dost olmayan ölkələrə satış qaydalarını müəyyən edən fərmanı imzaladım. Rusiya qazını almaq üçün Rusiya banklarında rubl hesabı açmalıdırlar. Bu hesablar aprelin 1-dən etibarən qazın dəyərinin ödənilməsi üçün istifadə ediləcək ," -deyə qeyd edib.

Qazın dəyərinin ödənişi sözügedən qaydada olmadıqda, hansı addımların atılacağına aydınlıq gətirən Putin, "Bunu bütün alıcılar üçün standart olaraq qəbul edəcəyik. Heç kim bizə pulsuz bir şey satmır və biz də iş görməyəcəyik. rubl ilə ödəniş edilməsə, Rusiya qaz müqavilələrini dayandıracaq,"-deyə əlavə edib.