BANK

31 Mart

AİB Azərbaycanda GES-in tikintisi layihəsinə 23 milyon dollar ayıracaq

Asiya İnkişaf Bankı (AİB) “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) tikintisi və istismara verilməsinə 23,2 milyon dollar məbləğində kredit ayıracaq.

"Fins.az" xəbər verir ki, bankın saytında verilən məlumata görə, kredit üzrə borcalan qismində layihənin həyata keçirilməsi məqsədilə Azərbaycanda yaradılmış “Masdar Azerbaijan Energy Limited Liability Company” çıxış edəcək.

230 MVt gücündə stansiyanın 2023-cü ilin sonunda işə salınması planlaşdırılır.

AİB-in məlumatına görə, bankın Direktorlar Şurası layihəyə kreditin ayrılmasını iyulun 25-də təsdiq etməyi planlaşdırır.