Rusiyanın SWIFT-ə alternativ olaraq hazırladığı SPSF sistemi rupi-rubl ödənişləri üçün istifadə olunacaq.
"Fins.az" xəbər verir ki,məlumatlı mənbələr hələlik yekun qərarın verilmədiyini və məsələnin cümə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrovun səfəri zamanı müzakirə olunacağını bildirib.
Bildilir ki, dünyada neftin qiymətinin qalxmasından sonra Hindistan Rusiyadan ucuz neft aldığı üçün Rusiya ilə ikitərəfli münasibətlərini davam etdirmək istəyir. Hindistan Moskvanın Ukraynaya hücumunu qınamadı və iki ölkənin diplomatik həll üçün dialoq qurması lazım olduğunu bildirib.
Qeyd edək ki,ABŞ və Avropa İttifaqı hücuma görə Rusiyanın 7 bankını SWIFT beynəlxalq ödəniş sistemindən çıxarmaq qərarına gəlib.