Yaponiya Mərkəzi Bankı istiqraz bazarında müdaxilə əməliyyatını genişləndirməyə qərar verib.
"Fins.az" xəbər verir ki, Yaponiya Mərkəzi Bankı istiqraz gəlirlərini nəzarət altında saxlamaq üçün istiqrazlara müdaxiləsini genişləndirir.
Məlumata görə,bank müntəzəm istiqraz əməliyyatlarında əvvəlcədən planlaşdırıldığından daha çox alışlar həyata keçirəcək və alınmış aktivlər portfelinə daha uzunmüddətli istiqrazlar da daxil olacaq.
Müvafiq olaraq, alış məbləği 3 ilə 10 il arasındakı müddətli aktiv alışını artırılarkən, 30 illik ödəmə müddətli olan aktivlərin alıını həyata keçirəcək.
"Bazar şəraiti nəzərə alınmaqla, istiqrazların alışı üçün hərrac günlərinin sayı və alınacaq dövlət istiqrazlarının məbləği artırılacaq", - Yaponiya Mərkəzi Bankının açıqlamasında deyilir.
Hərəkətdən sonra 10 illik istiqrazların faizi 1,5 bənd azalaraq 0,23 faizə enib, yen dollara nisbətdə yüksəlib.