Çili Mərkəzi Bankı ardıcıl ikinci iclasında faiz dərəcələrini artırmağa qərar verib.
"Fins.az"xəbər verir ki, bank siyasət faizini 150 baz bənd artıraraq 7%-ə çıxarsa da, növbəti artımların daha məhdud olacağı mesajını verib.
Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri faiz dərəcəsini 7,50 faizə yüksəltmək idi.
Qərar mətnində iqtisadiyyatda azalma sürətini vurğulayan Bank, mart ayı toplantısındakı əsas ssenarilərin reallaşacağı təqdirdə, sonrakı faiz artımlarının daha məhdud olacağı mesajını verib.