MilliÖN ödəmə sistemi vasitəsilə “AzərTürkBank” bank kartlarına mədaxil zamanı tutulacaq 1% komissiya “AzərTürkBank”-ın yalnız debet kartlarına şamil ediləcək.
Bu barədə "Fins.az"-a MilliÖN ödəmə sistemindən məlumat verilib.
Məlumata görə, debet kartlarına mədaxil zamanı alınacaq xidmət haqqı MilliÖN tərəfindən əvvəlcədən tutulduğuna görə, hesablaşma dövrünün sonunda Bank tərəfindən heç bir xidmət haqqı ödəmə sistemi şəbəkəsi şirkətinə köçürülməyəcək.
MilliÖN istifadəçilərin nəzərinə çatdırır ki, Kredit və kredit kartı üzrə ödənişlər üzrə isə köhnə qaydada, müştərinin ödədiyi vəsait bütövlükdə xidmət haqqı tutulmadan banka göndəriləcək.