2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan banklarının ipoteka və istehlak kreditləri üzrə portfeli artıb.
"Fins.az" xəbər verir ki, bankların istehlak kreditləri üzrə portfeli 3,8% - 4 milyard 691,8 milyon manatadək artaraq, bütövlükdə kredit portfelində xüsusi çəki 27,4% olub.
Məlumata görə,yanvar-fevral aylarında bankların ipoteka kreditləri üzrə portfeli 2,5% - 2 milyard 461,8 milyon manatadək çoxalaraq bankların bütün kredit portfelinin 14,4%-ini təşkil edib.