Bank sistemi üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 11 milyon 528 min ədəd təşkil edib.
"Fins.az"xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayımlayıb.
Məlumata görə,bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.3% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19.1%, kredit kartları üzrə 29.4% təşkil edib.