BANK

18 Mart

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 0.6% azalıb

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması fevral ayında ilin əvvəlinə nəzərən 0.6 faiz bəndi azalaraq 40.4% təşkil edib. 

"Fins.az"xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. 

Məlumata görə, öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81%-i və ya 27,055.5 mln. manat artıb. 

 Bankların depozit portfelində fevral ayında əhəmiyyətli dəyişkilk olmayıb.Belə ki, bank sektorunun depozit portfeli  yanvar-fevral ayları ərzində 0.4% və ya 101.5 mln. manat artıb.