BANK

18 Mart

Bankların əmanət portfelində 413 milyon manata yaxın artım

Əhalinin banklarda olan əmanətlərinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) artım trendi fevral ayında da davam edib. 

"Fins.az"xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumata yayımlayıb. 

Məlumata görə, hesabat ayında bankların əmanət portfeli 4.4% və ya 412.9 mln. manat artaraq 9,869.7 mln. manat təşkil edib. Əmanət portfelinin 55%-i  və ya 5,426.5 mln. manatı fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.