Bankların aktivlərinin 15 milyard 976,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib.
"Fins.az " xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə görə son 1 ildə sektorun xalis kredit portfeli 22,1 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6 %-dən 41,5 %-ə yüksəlib.