BANK

18 Mart

Azərbaycanda bank sektorunun xalis mənfəəti 47,3% ARTIB

Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 38 milyard 483,4 milyon manat təşkil edib.

"Fins.az" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 19,5 % çoxdur.
Azərbaycanın bank sektoru 2022-ci ilin yanvar-fevral dövrünü 107,7 milyon manat xalis mənfəət ilə başa vurub. Sektroun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 milyon manat və ya 47,3% artıb.
 Bank sektoru 2021-ci ilin yanvar-fevral dövrünü  73.1 milyon manat xalis mənfəət ilə bağlamışdı.