2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 690,2 mln. manat təşkil edib ki, bu göstərici fevral ayı ərzində 2,3% azalıb.
"Fins.az"xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə problemli kreditlərin həcmi 24,8% azalıb.
Hesabat dövründəı problemli kreditlərin ümumi portfeldəki payı 3,9% təşkil edib. Qeyd olunan göstərici əvvəlki aya nəzərən 0,2 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2,4 faiz bəndi azalıb.