BANK

18 Mart

Azərbaycanın bank sektorunun aktivləri artıb

Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 38 483,4 milyon manat, balans kapitalı isə 5 061,5 mln. manat təşkil edib.

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bankların aktivlərinin 15 976,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 22,1 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6 %-dən 41,5 %-ə yüksəlib.