Rusiya Mərkəzi Bankı ölkənin ən böyük bankı Sberbank-a rəqəmsal maliyyə aktivlərinin emissiyası və mübadiləsi üçün lisenziya verib.
"Fins.az" xəbər verir ki ,Rusiya Mərkəzi Bankından verilən yazılı açıqlamada, ölkədə rəqəmsal aktivlərin buraxılması və mübadiləsi üçün iki quruma lisenziyanın verildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Sberbank-dan başqa Lighthouse daha bir maliyyə qurumu da lisenziya alıb. Ötən il Sberbank tərəfindən verilən açıqlamada bankın Sbercoin adlı rəqəmsal aktiv buraxmağa hazırlaşdığı qeyd olunmuşdu.