BANK

17 Mart

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb

Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin keçirilən növbəti iclasında uçot dərəcəsi açıqlanıb.

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyərək, 14 faiz səviyyəsində saxlayıb.

Xatırladaq ki, TMB ötən ilin dekabrında Türkiyə lirəsinin kəskin ucuzlaşması fonunda həmin göstəricini 15 faizdən 14 faizədək azaltmışdı.

Hazırda Türkiyə birjalarında ABŞ dolları lirəyə nisbətən 1,2 faizə yaxın ucuzlaşaraq 14,78 lirə təşkil edib.